Суббота, 20.04.2024, 04:20
Приветствую Вас Гость | RSS

...::Baki Komputer Kolleci::...

Saytin Menusu
Girish,Geydiyyat
Saat
Kategoriyalar

Каталог статей

Главная » Статьи » Мои статьи

Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün

Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün riyaziyyat kurrikulumu Qeyd: ¸¸Kurrikulum” latın sözü olub¸ lüğəti mənası "kurs”, "elm” deməkdir. Rus dilində olan lüğətlərdə "təlim kursu” ‚ "tədris planı” ‚ "proqram” kimi işlədilir. 1918-ci ildə ABŞ-da kurrikulumdan istifadə olunub ‚ 1970-ci ildə formalaşmışdır. 1990-cı ildən Azərbaycanda tətbiq olunur. Fənn kurrikulumu və onun xarakterik cəhətləri Riyaziyyat kurrikulumu ümumtəhsil məktəblərində riyaziyyat təliminin məqsədlərini təyin etməklə ümumi təlim nəticəlrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkan və ehtiyaclarına yönəlmiş sənəddir. Bu sənəd müəllimlər, məktəb rəhbərləri ‚ dərslik müəllifləri ‚ valideyn və geniş ictimaiyyət ücün nəzərdə tutulmuşdur. Riyaziyyat kurrikulumu dərslik və tədris vəsaitlərinin tərtib edilməsi ‚ tədris materiallarının planlaşdırılması ‚ təlim üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilməsi üçün müvafiq təlimatlar formasında hazırlanaraq, qaydaların əsasını təşkil edir. Nəticəyönümlü məzmun standartları əsasında hazırlanmış bu kurrikulum standartların mənimsənilməsini təyin etmək üçün şagird nailiyyətlərində irəliləyişin müntəzəm qiymətləndirilməsini nəzərdə tutur və məzmunun standartları müəyyən edilərkən şagird nailiyyətləri üzrə irəliləyişlərin surətinin getdikcə artırılmasını əsas məqsəd kimi qarşıya qoymaqla ‚ şagirdlərə gündəlik həyata lazım olan zəruri bacarıqların aşılanmasını ön plana çəkir. Məzmun standartlarının müəyyənləşdirilməsi prosesində fənn üzrə əsas təlim nəticələrini ( hesablama prosedur bacarıqları ‚ idraki dərk etmə və problemlərin həlli ) balansının gözlənilməsi diqqət mərkəzində saxlanılır. Bu kurrikulum şagirdləri "nəyi bilməli” və "nəyi bacarmalı” olduğunu müəyyənləşdirmək üçün əsas təlim nəticələrini məzmun və fəaliyyət xətlərinin qarşılıqlı əlaqəsi vasitəsilə təqdim edir. Fənnin əhəmiyyəti məqsəd və vəzifələri Riyaziyyat ümumtəhsil məktəblərində tədris olunan ən mühüm və vacib fənlərdən biridir. Qabaqcıl dünya ölkələrinin təhsil sitemlərində riyaziyyatın öyrənilməsinə xüsusi diqqət yetirilir. Bu, şəxsiyyətin formalaşmasında riyaziyyatın müstəsna rolu ilə izah olunur və aşağıdakılarla əlaqələndirilir: riyaziyyat zehni inkişafın əvəzedilməz vasitəsidir; riyaziyyat şəxsi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır; riyaziyyat müasir ixtisas sahələrinin çoxu ilə birbaşa bağlıdır; riyaziyyat dünya mədəniyyətinin tərkib hissəsidir. Məzmun xətləri. 1. Ədədlər və əməllər 2. Cəbr və funksiyalar 3. Həndəsə 4. Ölçmələr 5. Statistika və ehtimal Fəaliyyət xətləri və standartları. 1. Problemərin həlli 2. Mühakiməyürütmə və isbatetmə 3. Ünsiyyətqurma 4. Əlaqələndirmə 5. Təqdimetmə Riyaziyyatın tədrisi metodikasının məqsədi. 1. Kimi öyrədək ( yaş səviyyəsi nəzərdə tutulur ) 2. Nə üçün öyrədək ( məqsəd ) 3. Nəyi öyrədək ( təhsilin məzmunu ) 4. Necə öyrədək ( təlim metodları , təlimin formalrı ) Hazırladı : Riyaziyyat müəllimi Gültəkin Zeynalova

Категория: Мои статьи | Добавил: Fuad (24.12.2009)
Просмотров: 1498 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Ses Verme
Оцените мой сайт
Всего ответов: 647
Mini Chat

WeB_MaSTeR Fuad © 2024
Конструктор сайтов - uCoz