Пятница, 26.04.2024, 03:27
Приветствую Вас Гость | RSS

...::Baki Komputer Kolleci::...

Saytin Menusu
Girish,Geydiyyat
Saat
Kategoriyalar

Каталог статей

Главная » Статьи » Мои статьи

Dərsə verilən müasir tələblər

Dərsəverilən müasir tələblər Müasir dərs necə olmalıdır ? Riyaziyyatın öyrənilməsində ən ağrılı öyrənmə forması - "tədrisin təbaşir metodu”nun dominant rol oynamasıdır , bunun nəticəsi isə aşkardır – formal biliklər "qazanılır”. Hətta, ən yaxşı avadanlıqlar , əyani vəsaitlər özbaşına yaxşı effekt verə bilməz. Yeni ideyalar , yeni metodikalar və fəal mütəxəsislər lazımdır. Bunlardan biri və ən mühümü müəllimin yaradıcı olmasıdır. Müəllim şagirdlərlə əməkdşlıq şəraiti yaratmalıdır; Öyrənmə prosesində şagirdin müstəqil düşünməsi və yaradıcı fəaliyyət göstərməsi üçün o, nəyi və necə etməyi bilməlidir; Təlim metodları şagirdlərin yaşına , bilik səviyyəsinə uyğun seçilməlidir; Hər bir şagirdin psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır; Müəllim şagirdi subyekt kimi qəbul etməlidir; Şagirdlər öz rəylərini sərbəst və azad ifadə etməlidirlər; Şagirdlərə "öyrənməyi öyrətmək” prinsipi aşılanmalıdır; - burada kitab üzərində iş – yəni kitabı oxumaq , təhlil etmək , diskussiya yaratmaq , mövzunu cümlə-cümlə oxuyub müzakirə etmək nəzərdə tutulur. Riyaziyyat ümumtəhsil məktəblərində tədris olunan ən mühüm və vacib fənlərdən biridir. Riyaziyyat zehni inkişafın əvəzedilməz vasitəsidir , müasir ixtisas sahələrinin çoxu ilə birbaşa bağlıdır. Fəal dərsin quruluşu necədir? Ənənəvi dərsin quruluşu sinfin təşkilindən , köhnə dərsin frontal sorğusundan , yeni dərsin izahından , qiymətləndirmədən ibarətdir. Fəal dərsdə də sinfi təşkil etdikdən sonra suallar əsasında frontal sorğu aparmaq olar. Dərsi 7 hissəyə bölmək olar. 1. Motivasiya ; 2. Tədqiqatın təşkili; 3. Məlumatın mübadiləsi; 4. Məlumatın təşkili; 5. Nəticələrin çıxarılması; 6. Tətbiqetmə; 7. Qiymətləndirmə və ya refleksiya. Motivasiya: – yəni müəllim tərəfindən problemin qoyulması, şagird tərəfindən fərziyyələrin irəli sürülməsi deməkdir. Fəal dərs motivasiya ilə başlanır. Motivasiya- şagirdlərdə dərsə aid yaradılan maraqdır. Motivasiyanın rolu şagirdi maraqlandırmaq , onun diqqətini cəlb etmək və onu aktiv təlim fəaliyyətinə təhrik etməkdir.Məsələn: Suallarla motivasiya ; Şəkillə motivasiya ; İnteqrasiya ilə motivasiya . Mövzunun adını suallarla almaq ; Şəkildə nə görürsən? ; Mövzu haqqında film , şer demək. Tədqiqatın təşkili – müəllim problemin həlli istiqamətində sinfə iş tapşırır. İş cütlüklərdə , fərdi, bütün siniflə , qruplarla aparıla bilər. Müəllim mövzuya və verəcəyi tapşırığa uyğun iş forması seçməlidir. Məlumatın mübadiləsi - bu o deməkdir ki , tədqiqat işini bitirmək üçün şagirdlər ( iş formasından asılı olaraq – qruplarda , və ya cütlüklərdə ) öz aralarında verilən tapşırıqla əlaqədar fikir mübadiləsi edirlər. Məlumatın təşkili – bu zaman şagirdlər ( cütlüklər və ya qruplar ) öz aralarından qrupun tapşırıqla əlaqədar ümumi fikrini seçdikləri lider vasitəsilə müəllimə çatdırırlar. Nəticələrin çıxarılması – müəllim məlumatları topladıqdan sonra tədqiqat işi ilə əlaqədar yanlış fikirlər varsa , lazımı istiqamət verib , ümumi nəticə çıxarır. Tətbiqetmə - əldə olunan biliklərə əsaslanaraq, müəllimin verdiyi tapşırığın sinifdə və ya evdə yerinə yetirilməsidir. Qiymətləndirmə və ya refleksiya – dərsin hər mərhələsində aparıla bilər. Fəal dərsin üstünlüyü ondadır ki, şagird əməyinin ağırlıq mərkəzi ev işindən dərsə keçirilir. Bele də olmalıdır. Bu zaman şagirdlər : fərdi yaradıcılıq bacarığı göstərilir ; müstəqil öyrənmək qabiliyyəti effektiv inkişaf etdirilir ; hadisələri tədqiq etmək bacarığı formalaşır ; eksperiment prosesində nəzəri nəticələr çıxarılır ; hadisələri modelləşdirmək bacarıqları formalaşır ; BKK-nın II kurs S-215 , İ-215 A qruplarında keçirilən " Ali riyaziyyat " fənnindən " Matrislər , matrislər üzərində əməllər” mövzusunda açıq dərsin məlumatı. Müəllim sinfi jurnalla yoxladıqdan sonra 2 qrupa bölür ( hər qrupda 6-7 nəfər olmaqla). Qruplara ad verilir. "Mayak” və "İşıq” qrupları. Köhnə dərsin "limit” və "törəmə” olduğu qeyd edildikdən sonra , "Mayak” qrupuna "Limit” haq-da , "İşıq” qrupuna "Törəmə” haqqında bildiklərini I dairədə qeyd etmək tapşırılır: Bir-biri ilə kəsişən 2 dairənin I-sində öz mövzuna , II-sində digər mövzuya aid , kəsişmədə isə "limit” və "törəmə”nin ümumi xüsusuiyyət və xassələrini qeyd edin. Bununla hər iki qrup hər iki mövzuya cavablar hazırlayır. Hər qrupdan bir lider seçilərək (tələbələrin özləri seçirlər) öz qeydlərini oxuyur. Bir qrup digər qrupa əlavələr edirsə , bunlar işarə olunur. Beləliklə, hər iki qrupdakı tələbələr hər iki mövzunu tam açıqlamış olurlar. Müəllim məlumatları topladıqdan sonra yanlış fikirləri bildirib , lazımi istiqamət verir və ümumi nəticə çıxarır. Bir neçə şagird misallar həll edir. Müəllim qiymətləndirmə aparır. Yeni mövzunun izahına müəllim tələbələrdən mövzunun adını almaqla başlayır. Motivasiya üç qrupdan biri ilə aparıla bilər: 1. Suallarla: Cədvəl nədir? Cədvəl deyəndə nə başa düşürük ? Cədvəlin formaları necədir? Cavab: dərs cədvəli , qiymət cədvəli , elementar funksiyaların törəmələri cədvəli və s. Cədvəl üçbucaq , düzbucaqlı , kvadrat formasında ola bilər , qiymətlər , ədədlər , hərflər , ifadələrdən ibarət , sətir və sütundan ibarət ola bilər. 2. Şəkıllə: Müxtəlif formada cədvəl göstərib – "bu nədir?” sualını vermək: ; ; üçün çədvəllərini misal göstərmək olar. – açılışında əmsalların yazılması üçbucaq şəklində cədvəl kimi; y=f(x) funksiyası üçün arqumentin və funksiyanın qiymətlərini şəklində cədvəl və s. 3. İnteqrasiya ilə : "Matris” filminə baxmısız ? Film hansı şəkildə başlanır ? Titrlər yazılanda nə forması görürsünüz ? və s. Müəllim matrisin tərifini deyir. Matrislər haqqında məlumat verir və onlar üzərində əməlləri izah edir. Tələbələrin aktiv iştirakı ilə yeni dərs izah olunur. "Proqramlaşdırma” fənnində matrislər üzərində əməlləri tətbiq etməyi məsləhət görür. Bu, tələbələri İKT-dən istifadə etməyə sövq edir . "Proqramlaşdırma” fənnində keçdiklərindən istifadə etmək " Ali riyaziyyat” fənninin bu mövzusunu daha yaxşı mənimsəməyə yardımçı olacaq. Verilmiş məsələ üçün həll alqoritmi qurulur. "Paskal” alqoritmik dilində proqram tərtib edilir. Tərtib edilmiş proqrama əsasən konkret olaraq , ikitərtibli , üçtərtibli deyil , ümumiyyətlə n tərtibli matrislərin hasilinin hesablanması yerinə yetirilir. Proqramın icrası zamanı massivin elementlərinin qiymətləri daxil edilir və düstur əsasında nəticələr ekranda görünür. Fənlər arasında əlaqəni müəllimin hazırladığı stenddə əyani şəkildə nümayiş etdirməklə göstərmək olar. Mövzunu möhkəmlətmək üçün müəllim qrupa yeni mövzu ətrafında suallar verir və bir neçə misal həll etdirir. Təkrar qiymətləndirmə aparılır və dərsə yekun vurulur.Ev tapşırığı yazı taxtasında qeyd olunur. Dərs əsnasında müəllim riyaziyyat fənninin mühümliyi və həyati əhəmiyyətindən , müasir elmin nailiyyətlərindən söhbət açmaqla bərabər , məlum materialları yeni nöqteyi- nəzərdən təqdim etməli , riyazi nəzəriyyələrin məntiqini və gözəlliyini göstərməlidir , elmi müddəaları eksperimental əsaslandırılmalı , nümayiş etdirməlidir. Bu göstərilənlər "Ali riyaziyyat” fənnindən "Matrislər və onlar üzərində əməllər” mövzusunda keçirilən bir akademik saatın açılışı oldu. İstənilən mövzunu fəal dərs metodlarından , yeni riyaziyyat kurrikulumundan istifadə etməklə aparmaq olar. Çox şey müəllimin savadından , onun yaradıcı yanaşmasından və peşəsinə məhəbbətindən asılıdır.

Категория: Мои статьи | Добавил: Fuad (24.12.2009)
Просмотров: 4246 | Комментарии: 3 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Ses Verme
Оцените мой сайт
Всего ответов: 647
Mini Chat

WeB_MaSTeR Fuad © 2024
Конструктор сайтов - uCoz