Пятница, 19.04.2024, 14:22
Приветствую Вас Гость | RSS

...::Baki Komputer Kolleci::...

Saytin Menusu
Girish,Geydiyyat
Saat
Kategoriyalar

Каталог статей

Главная » Статьи » Мои статьи

İNFORMATİKA

İNFORMATİKA Kursun məqsədi: Tələbələri informasiyanın qəbulu, emalı və istifadəsi prosesləri haqqında olan biliklərin əsası ilə tanış etmək. Onlara informatikanin müasir zamandakı rolunu, cəmiyyətin inkişafında informasiya texnologiyalarının böyük əhəmiyyətini anlatmaq. Tələbələrə təhsildə və sonrakı peşəkar fəaliyyətlərində İT-dan şüurlu və səmərəli surətdə istifadə etmək bacarığı aşılamaq. Kursun əsas məsələləri: · İnformasiya proseslərinin təbiətdə, cəmiyyətdə və texniki sistemlərdə olan ümumi qanunauyğunluqlarını anlatmaq. · Obyekt və sistemlərin təsviri üçün lazım olan informasiya modellərinin qurulması üsullarını öyrətmək. · Alqoritmik və məntiqi təfəkkürü inkişaf etdirmək. · Tədris məsələlərinin həllində, daha sonra peşəkar fəaliyyətdə kompyüter texnologiyalarından istifadə edərək, informasiyanin axtarışını təşkil etmək, onu emal etmək, informasiyanı yadda saxlamaq kimi bacarıqları formalaşdırmaq. TƏDRIS PLANI (114 saat) 1. İnformasiya və informasiya prosesləri ( 4 saat ) İnformasiya anlayışı. İnformasiyanın növləri. İnformasiya prosesləri. İnformasiyanın qəbulu, yadda saxlanması və ötürülməsi. İnformasiyanın emalı. İnformasiyanın istifadə olunması. İnformatika-bir elm kimi. Canlı təbiətdə, cəmiyyətdə, texnikada informasiya prosesləri. İnsanin informasiya fəaliyyəti və informasiya mədəniyyəti. İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri və əsas cəhətləri. Elektron hökumət. Elektron imza. Elektron məktəb. Elektron kitabxanalar. 2. İnformasiyanın təqdimatı, say sistemləri və məntiqin əsasları (6 saat) İnformasiyanın təsvirində istifadə olunan müxtəlif formalar. EHM-nin hesabi əsasları. Mövqeli say sistemləri (onluq, ikilik, səkkizlik, onaltılıq say sistemləri), mövqesiz say sistemləri (Rum say sistemi).Ədədlərin bir say sistemindən digərinə keçmə qaydaları. EHM-də istifadə olunan say sistemləri. İkilik say sisteminin üstünlükləri və EHM-də istifadə olunmasının xüsusiyyətləri. Kodlaşdırılma. İnformasiyanın miqdarı və ölçü vahidləri. Məntiqi mühakimələr haqqında anlayış. Əsas məntiq əməlləri. Məntiq əməlləri üçün doğruluq cədvəllərinin qurulması. Məntiq məsələlərinin məntiq əməlləri vasitəsi ilə həll edilməsi. EHM-nin məntiqi əsasları. Klassik və bulanıq məntiq (qeyri-səlis, fuzzy logic). Dünya şöhrətli alim Lütfi Ə. Zadə. 3. Kompyüter (4 saat) Hesablama texnikasinin inkişaf tarixi. EHM-nın nəsilləri. Kompyüterin texniki təminatı. Əsas fiziki qurğular. İnformasiyanı daxiletmə, xaricetmə qurğuları, informasiyanin çıxış qurğuları, informasiyanı saxlama qurğuları (daxili və xarici yaddaş), informasiyanın daşıyıcıları, emal etmə qurğuları, informasiyanın ötürülməsi üçün istifadə olunan qurğular, informasiyanın multimedia emalı qurğuları. Kompyüterlə işləyərkən texniki təhlükəsizlik qaydalarına riayət edilməsi. Kompyüterin proqram təminatı. Sistem proqramlar və tətbiqi proqramlar. Əməliyyat sistemləri. ƏS–nin əsas funksiyaları. 4. Alqoritmlər və proqramlaşdırma (6 saat) Model anlayışı. Modelləşdirmə. Alqoritm anlayışı. Alqoritmin xassələri. Alqoritmin təsvir üsulları. Blok-sxem.Alqoritmin əsas tipləri: xətti, budaqlanan , dövri alqoritmlər. Ən sadə alqoritmlərin qurulması və onların müxtəlif üsullarla yazılışı. Proqramlaşdırma dilləri haqqında məlumat. Proqramlaşdırma dillərinin əsas alqoritmik quruluşu və onlara uyğun operatorlar. Baş proqram və altproqramlar. 5. İnformasiya texnologiyaları (94 saat) a) Mətn informasiyasının emalı texnologiyası (12) Mətn redaktoru : təyinatı,əsas funksiyaları. Mətnin daxil edilməsi və redaktəsi. Mətn hissələri ilə iş (qeyd etmə, köçurmə, surətini şıxarmaq,silmə və s.). Abzas və abzasla əməliyyatlar (formatlaşdırma, sətirlərarası intervalların müəyyən edilməsi və s.).Mətnin tərtibatı : sriftin üslubu, simvolların rəngi, mətnin düzləndirilməsi, siyahılar və s. Cədvəllərin daxil edilməsi, doldurulması və formatlaşdırılması. b) Qrafik informasiyanın emalı texnologiyası (12) Qrafik informasiyanın nəzəri əsasları. Piksel anlayışı. Qrafik informasiyanın və qrafik faylların formatının yadda saxlanılması. Rəngin secilməsi və ötürülməsi modelləri. Qrafik redaktorun təyinatı, istifadəçi interfeysi və əsas funksiyaları. Təsvirin hissələri ilə iş. c) Ədədi informasiyanın emalı texnologiyası (12) Elektron cədvəllər: təyinatı və əsas funksiyaları. Xanalar. Fəal xana. Verilənlərin formatı (ədədlər,düsturlar, mətn). Verilənlərin daxil edilməsi və redaktəsi.Cədvəllərin tərtibatı. Müxtəlif növlü diaqramlarla işləmə. ç) Verilənlər bazasının yaradılması texnologiyası (12) Verilənlər bazasının təşkil edilməsi üsulları.Verilənlər bazasını idarəetmə sistemləri.Verilənlər bazasının təsvir formaları (cədvəl, kartoteka). Mətnin daxil edilməsi və redaktəsi. Mətnin sortlaşdırma və axtarışı.Verilənlər bazasının strukturunun dəyişdirilməsi. Sorğuların növləri və yaradılması üsulları. Hesabatların hazırlanması. d) Multimediya texnologiyaları (18) Multimediya texnologiyalarının istifadə üsulları və prinsipləri. Kompyüter nəşrlərinin yaradılması və emalı. Hazır şablonlardan istifadə və şəxsi şablonların yaradılması. Təqdimatların yaradılması və emalı. Tədris, yaradıcılıq və konstruktor işlərinin yerinə yetirilməsi. Təqdimatların nümayişi. Layihə anlayışı. Ləyihənin hazırlanmasının əsas mərhələləri. Animasiya. Animasiyanın növləri. Animasiyanın yaradılması. e ) Kompyüter kommunikasiyaları (16) İnformasiyanın uzaq məsafələrlə mübadiləsi. Kompyüter telekommunikasiyaları: təyinatı, quruluşu,ehtiyatlar. Lokal və qlobal kompyuter şəbəkələri. Kompyuter şəbəkələrinin əsas xidmətləri: elektron poçt, telekonfranslar, fayl arxivləri. " On-line " ünsiyyət sistemi. İnternetin tədris resursları (saytlara istinad). İnformasiya ehtiyatları. İnternetdə informasiya axtarışı. Kompüter şəbəkəsində iş zamanı informasiya təhlükəsizliyi anlayışı. İnformasiyanın qorunması üsulları. Virus proqramları. Hakerlər. Kompüter cinayətkarlığı.Antivirus proqramları vasitəsi ilə informasiyanın mühafizəsi. f) Şəbəkə texnologiyaları (12) Şəbəkə texnologiyası anlayışı. İnformasiya-kommunikasiya texnologiyaları anlayışı. DSL, WiFi və WiMax texnologiyaları. Peyk rabitəsi. GSM şəbəkələri. CDMA standartları. Ədəbiyyat : İsmayıl Calallı.Kompüter. Bunu bilməyə nə var ki ?! Bakı. 2005 R.Əliyev.... İnformatika və hesablama texnikası. Bakı. И. Семакин, Т. Шеина. Преподавание базового курса информатики в средней школе. Методическое пособие. — М.: БИНОМ, 2006 Угринович Н.Д. Информатика и информационные технологии: Учебник для 10-11 классов. — М.: БИНОМ, 2007 Угринович Н.Д. Практикум по информатике и информационным технологиям. — М.: БИНОМ, 2007 Угринович Н.Д. Преподавание курса «Информатика и ИКТ» в основной и старшей школе. Методическое пособие для учителей. — М.: БИНОМ, 2007 Elektron dərs vəsaiti: 1. «Вычислительная математика и программирование 10-11 классы», серия «1С:Школа» (допущено Министерством образования и науки РФ в качестве учебного пособия>, 2004 2. «Информатика 9-11 классы». Интерактивный задачник. «Новый диск» 3. «Репетитор по информатике Кирилла и Мефодия 2005»

Категория: Мои статьи | Добавил: Fuad (24.12.2009)
Просмотров: 4521 | Комментарии: 3 | Рейтинг: 4.3/3
Всего комментариев: 1
1 _C_E_M_A_  
0
jojphp8ih

Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Ses Verme
Оцените мой сайт
Всего ответов: 647
Mini Chat

WeB_MaSTeR Fuad © 2024
Конструктор сайтов - uCoz