Пятница, 19.04.2024, 21:56
Приветствую Вас Гость | RSS

...::Baki Komputer Kolleci::...

Saytin Menusu
Girish,Geydiyyat
Saat
Kategoriyalar

Каталог статей

Главная » Статьи » Мои статьи

İnformatika və riyaziyyat
da

"İnformatika və riyaziyyat” fənn birləşməsinin 2008/09-cu tədris ilinin

I yarımili üçün

HESABATI

I yarımildə fənn birləşməsinin 3 iclası keçirilmişdir. Bu iclaslar metodbirləşmənin iş planının müzakirəsi, mövzu-təqvim planlarının müzakirəsi və təsdiq edilməsi, semestr boyu müəllimlərin görəcəkləri işlərin müzakirəsi, açıq dərslərin təşkili, müəllimlərin metodiki işlərinin müzakirəsi, I yarımilin imtahanlarına hazırlıqla əlaqədar olmuşdur.

Fənn birləşməsinin müəllimləri bu yarımildə metodiki işlər hazırlamış və açıq dərslər keçirmişlər. Riyaziyyat müəllimi Mənzər Bağırova "Cəbr və analizin başlanğıcı” fənnindən "Qrafiklərin çevrilməsi” mövzusunda metodiki iş hazırlamışdır. Bu metodiki işdə mövzu dərslikdə verilmiş nəzəri hissədən başqa, kompüter texnologiyasının köməyi ilə tələbələrin diqqətinə çatdırılır, materialın mənimsənilməsinin yaxşılaşdırılması məqsədi ilə yeni dərs formasının tətbiqi göstərilir.(sentyabr 2008-ci il)

Riyaziyyat müəllimi Gültəkin Zeynalova "Ali riyaziyyatın əsasları” fənnindən "Matrislər. Matrislərin hasili” mövzusunda metodiki iş hazırlamışdır.(dekabr 2008-ci il) Bu metodiki iş öz mahiyyətinə, quruluşuna, tədris prosesindəki roluna, aktuallığına görə təqdirəlayiqdir. Metodiki iş pedaqoji problemlərin həllinin optimallaşdırılmasına, tələbələrin metodiki-didaktik materiallarla təmin edilməsinə həsr edilmişdir. Seçilmiş mövzunun mənimsənilməsi üçün daha uyğun, maraqlı metodların tətbiqi göstərilmişdir.

Dərslərin daha məhsuldar nəticəyə malik olması, tələbələrin daha çox maraqlandırılması məqsədilə metodiki vəsait və didaktik materiallar hazırlanması fənn birləşmələrin vəzifələrindən sayılır. Müəllim Gültəkin Zeynalovanın bu məqsədlə hazırladığı əyani vəsaitlər diqqəti cəlb edir. Bu əyani vəsaitlər müəllim-tələbə iş birliyinin nümunəsi kimi özünü göstərir. Müəllim-tələbə birgə işinin nəticəsi olaraq 2 plakat hazırlanmışdır.

I plakat "Determinantların hesablanması” adlanır. Bu plakatda II tərtib detrminantların hesablanması qaydası, III tərtib determinantların hesablanmasının 2 qaydası, üçbucaqlar və Serrius qaydaları, həmçinin n-tərtib determinantların hesablanması qaydaları  göstərilmişdir.

II plakat isə "Determinantların xassələri” adlanır  determinantlarin bütün xassələri bu plakatda öz əksini tapmışdır.

I yarımildə fənn birləşməsinin üzvləri bəzi açıq dərslərdə iştirak etmişlər.

 Müəllim Yeganə Mustafayevanın "Həndəsə” fənnindən açıq dərsi 16 oktyabr tarixində I-208 B qrupunda keçirilmişdir. Açıq dərsin mövzusu "Perpendikulyar və mail. Düz xətlər və müstəvi arasındakı bucaq ” olmuşdur. Dərsdə müəllimlərdən M.Bağırova, G.Zeynalova, S.Əzizbəyova iştirak etdi. Dərsdən sonra açıq dərsin müzakirəsi oldu, bəzi iradlar söylənildi.

 

Müəllim G.Zeynalovanın 10 dekabr 2008-ci il tarixində "Ali riyaziyyatın əsasları” fənnindən "İbtidai funksiya. Qeyri-müəyyən inteqralın xassələri” mövzusunda olan açıq dərsində fənn birləşməsinin  bir neçə müəllim: M.Bağırova, Ə.Səfərov, N.Qəhrəmanova iştirak etmişdilər. Müəllim dərsi yüksək səviyyədə, çox maraqlı, yeni formada keçirdi. Tələbələrin aktiv iştirakı ilə köhnə dərs təkrar olundu, yeni dərsə keçid və yeni dərsin izahı oldu. Dərsdə əyani vəsaitdən geniş istifadə olundu.

Dərsdən sonra açıq dərsin müzakirəsi oldu, bəzi xırda iradlar söylənildi.

 

Fənn birləşməsinin sədri :                                              Bağırova M.Ə.

Категория: Мои статьи | Добавил: Fuad (23.12.2009)
Просмотров: 2180 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Ses Verme
Оцените мой сайт
Всего ответов: 647
Mini Chat

WeB_MaSTeR Fuad © 2024
Конструктор сайтов - uCoz