Четверг, 25.04.2024, 17:30
Приветствую Вас Гость | RSS

...::Baki Komputer Kolleci::...

Saytin Menusu
Girish,Geydiyyat
Saat
Kategoriyalar

Каталог статей

Главная » Статьи » Мои статьи

“İnformatika və riyaziyyat” fənn birləşməsinin 2008/09-cu tədris ilinin II yarımili üçün
"İnformatika və riyaziyyat” fənn birləşməsinin 2008/09-cu tədris ilinin II yarımili üçün
                                  HESABATI
 20008/2009-cu tədris ilinin II yarımilində fənn birləşməsinin 3 iclası keçirilmişdir. Bu iclaslar metodbirləşmənin iş planının, müəllimlərin metodiki işlərinin, mövzu-təqvim planlarının müzakirəsi və təsdiq edilməsi, açıq dərslərin təşkili, II yarımilin imtahanlarının suallarının bə biletlərinin hazırlanmasına həsr olumuşdur. 26 fevral-17 mart müddətində müəllimlərin ixtisasartırma kursunu bitirmiş riyaziyyat müəllimi Gültəkin Zeynalova fənn birləşmənin 06.04.2009 tarixdə keçirdiyi iclasda bu barədə ( Fənn kurrikulumu haqqında ) ətraflı məlumat vermişdir. Fənn birləşməsinin müəllimləri bu yarımildə bir neçə açıq dərs keçirmişlər: 9.04.2009 tarixdə riyaziyyat müəllimi, əyani şöbənin müdiri Ələddin Səfərov "Cəbr və analızın başlanğıcı” fənnindən I kurs S-207 qrupunda açıq dərs keçirmişdir. Açıq dərsin mövzusu "Çoxluqlar cəbri ” olmuşdur. Müəllim dərsi yüksək səviyyədə, çox maraqlı, yeni formada-İKT-nin vasitəsi ilə keçirdi. 21.04.2009 tarixdə Qəhrəmanova Nəcibə xanim I kurs S-208 qrupunda "İnformatika” fənnindən "İnternetin xidmətləri” mövzusunda açıq dərs keçirdi. Dərs kompüter sinfində keçirildi. Dərsdə İnternetin MAIL LIST, TELNET, USENET, DNS, FTP, WWW xidmətləri haqqında məlumat verildi, onlarin ayrı-ayrı parametrlərindən danışıldı. 2 kompüter arasında əlaqəni göstərmək üçün LAN kabellər vasitəsi ilə şəbəkə yaradıldı. Bu da tələbələrin böyük marağına səbəb oldu. Hər iki açıq dərsdə fənn birləşmənin bir neçə müəllimi iştirak etdi. Dərslərin müzakirələrində belə maraqlı və müasir dərslərin gələn tədris ilində də mütləq keçirilməsinin vacibliyi vurğulandı. Fənn birləşmənin II yarımillikdə apardığı mühüm işlərdən biri də mühazirələrin elektron variantlarının hazırlanması oldu. Artıq bir neçə fəndən, məsələn "İnformatika ”, " Ədədi üsullar ” fənlərindən mühazirələr, "İnformatikadan test kitabçası” və onlarin elektron variantları hazırdır və müəllimlərin ixtiyarına verilmişdir. BKK-nın Kiçik Elmlər Akademiyasının saytının hazırlanmasında "İnformatika və riyaziyyat” fənn birləşməsinin müəllimlərinin böyük rolu olmuşdur. I kurs tələbələri ilə birlikdə http://www.man-bkk.narod.ru/ saytı yaradıldı. Fənn birləşməsinin sədri : Bağırova M.Ə.
Категория: Мои статьи | Добавил: Fuad (23.12.2009)
Просмотров: 1967 | Комментарии: 1 | Рейтинг: 1.0/1
Всего комментариев: 1
1 Samir  
0
Samirsdzfxgv

Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Ses Verme
Оцените мой сайт
Всего ответов: 647
Mini Chat

WeB_MaSTeR Fuad © 2024
Конструктор сайтов - uCoz